"Barselona" liderliyə yüksəldi

3-12-2018, 09:37           
"Barselona" liderliyə yüksəldi
İspaniya La Liqasında 14-cü turun oyunları keçirilib.

İkinci oyun günündə daha 4 görüş olub. “Betis” doğma meydanda “Real Sosyedad”ı minimal hesabla üstələyib. “Atletiko” isə “Jirona” səfərində vacib 2 xal itirib – 1:1.

Zirvə yarışını yaxından maraqlandıran oyunda “Barselona” evdə “Vilyarreal”la üz-üzə gəlib. 35-ci dəqiqədə Jerar Pike, 87-ci dəqiqədə isə Karles Alenyanın qolları kataloniyalılara qələbə qazandırıb. Bu nəticədən sonra Ernesto Valverdenin komandası liderliyə yüksəlib.

“Sevilya” isə səfərdə “Alaves”lə üz-üzə gəlib. 2 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Meydan sahiblərinin heyətində 37-ci dəqiqədə Coni fərqlənib. Qonaqları məğlubiyyətdən xilas edən qola isə 78-ci dəqiqədə Vissam Ben Yedder imza atıb.

Tur bugünkü “Levante” – “Atletik” matçı ilə yekunlaşacaq.

Qeyd edək ki, son nəticələrdən sonra “Barselona” 28 xalla 1-ci, ondan 1 xal az toplayan “Sevilya” isə 2-cidir. 3-cü pillədəki “Atletiko”nun 25 xalı var. “Alaves” 24 xalla 4-cü, “Real” isə 23 xalla 5-ci sırada yer alır.

/Qol.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru