UEFA da Azərbaycana İLİŞİR? - Naxçıvan Ermənistan ərazisi kimi göstərildi

3-12-2018, 12:18           
UEFA da Azərbaycana İLİŞİR? - Naxçıvan Ermənistan ərazisi kimi göstərildi
Ali futbol qurumu olan UEFA Azərbaycanla bağlı səhvə yol verib.

Unikal.org xəbər verir ki, UEFA-nın rəsmi saytında 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin keçiriləcəyi 13 ölkə, o cümlədən Azərbaycan xəritədə təqdim edilib. Amma həmin xəritədə Naxçıvan Ermənistanın ərazisi kimi qeyd edilib.

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru