"Yuventus" ölkə çempionatında "İnter"i məğlub edib

8-12-2018, 07:38           
"Yuventus" ölkə çempionatında "İnter"i məğlub edib
Turinin "Yuventus" klubu futbol üzrə İtaliya A Seriyasının 15-ci turunda Milan "İnter"ini məğlub edib.

“Report” xəbər verir ki, Turinin "Alyans — Yuventus" stadionunda keçirilən matç 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Qarşılaşmada vurulan yeganə qolun müəllifi xorvatiyalı hücumçu Mario Mancukiç olub. O, komandasına qələbə gətirən qolu 66-cı dəqiqədə portuqaliyalı müdafiəçi Joau Kanselunun məhsuldar ötürməsindən sonra vurub.

Bu qələbə sayəsində "Yuventus" cari İtaliya çempionatı mövsümündə məğlubiyyətsizlik seriyasını davam etdirib. Massimiliano Alleqrinin yetirmələri 15 oyunda 14 qələbə və 1 heç-heçəyə nail olublar. "İnter" isə son dörd qarşılaşmada 2-ci məğlubiyyətini alıb.

Turin komandası hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir, Milan klubu isə 29 xalla üçüncüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru