Reynaldo "Qarabağ"a qayıda bilər

8-12-2018, 08:30           
Reynaldo "Qarabağ"a qayıda bilər
Qazaxıstanın “Aktobe” klubunun hücumçusu Reynaldo Silva "Qarabağ"a qayıda bilər.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisinin qış transfer pəncərəsində almaq istədiyi oyunçular siyahısında braziliyalı futbolçunun da adı var. Tərəflər arasında bununla bağlı danışıqlar aparıldığı, Reynaldonun yenidən "Qarabağ"da oynamaq arzusunda olduğu bildirilib.

Qeyd edək ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. O, bu ilin fevralından "Aktobe"də oynayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru