Lukaku “Mançester Yunayted”i tərk etmək istəyir

8-12-2018, 19:26           
Lukaku “Mançester Yunayted”i tərk etmək istəyir
Belçika milli komandasının futbolçusu Romelu Lukaku İngiltərənin “Mançester Yunayted” klubunu tərk etmək istəyir.

“Report”un ESPN-ə istinadən məlumatına görə, buna səbəb 25 yaşlı hücumçunun baş məşqçi Joze Mourinyo ilə aralarında olan münaqişənin get-gedə dərinləşməsidir. Lukaku klubun start heyətinə az-az düşməsindən narazıdır. O, daha çox oynaya biləcəyi komanda tapmaq niyyətindədir.

Qeyd edək ki, Romelu Lukaku “Mançester Yunayted”ə 2017-ci ildə “Everton”dan keçib. Cari mövsümdə o, 14 oyun ərzində 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Əvvəllər Lukaku Belçikanın “Anderlext”, İngiltərənin “Çelsi” və “Vest Bromviç” komandalarında forma geyinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru