Messinin cərimə zərbəsindən vurduğu iki qol "Barselona"ya qələbə qazandırıb

9-12-2018, 10:00           
Messinin cərimə zərbəsindən vurduğu iki qol "Barselona"ya qələbə qazandırıb
"Barselona" futbol üzrə İspaniya Primerosunun 15-ci turunda "Espanyol" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Kataloniya derbisi Barselona şəhərinin "RCDE - Kornelya-El Prat" stadionunda keçirilib və qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolların müəllifi Luis Suares və Lionel Messi və Usman Dembele olub. Messi cərimə zərbəsindən iki dəfə fərqlənərək dubl edib.

"Barselona" bu qələbə sayəsində xallarının sayını 31-ə çatdırıb və turnir cədvəlinə liderlik edir, "Espanyol" 21 xalla 9-cudur.

İspaniya - Primerosu. 15-ci tur

"Espanyol" – "Barselona" - 0:4

Qollar: 0:1 – Messi – 17, 0:2 – Dembele – 26, 0:3 – Suares – 45, 0:4 – Messi – 65












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru