Asiya Kuboku:İran Çini darmadağın edərək yarımfinala çıxıb

25-01-2019, 08:25           
Asiya Kuboku:İran Çini darmadağın edərək yarımfinala çıxıb
Əbu-Dabinin (BƏƏ) “Məhəmməd Bin Zayed” stadionunda İran və Çin milli komandaları arasında futbol üzrə Asiya Kubokunun ¼ final oyunu keçirilib.

“Report” xəbər verir ki, görüş İran futbolçularının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İran yığması bu qələbə sayəsində turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qonşu ölkə komandası bu mərhələdə Yaponiya millisi ilə qarşılaşacaq. Çin yığması turniri tərk edib.

İran-Yaponiya oyunu yanvarın 28-də keçiriləcək. Görüş Bakı vaxtı ilə 18:00-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru