Azərbaycan cüdoçuları Təl-Əviv Qran-prisində qızıl və bürünc medal qazanıblar

27-01-2019, 11:32           
Azərbaycan cüdoçuları Təl-Əviv Qran-prisində qızıl və bürünc medal qazanıblar
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-pri turnirinin son yarış günündə Azərbaycan idmançıları qızıl və bürünc medal qazanıblar.

Teref.az - ın report-a istinadən məlumatına görə, yarışda Azərbaycanı 90 kq. çəki dərəcəsində təmsil edən Məmmədəli Mehdiyev ardıcıl olaraq türkmənistanlı İhlas Setderov və kanadalı Mohab əl-Nəhası yensə də, 1/4 finalda hollandiyalı Yesper Sminkə uduzub.

Bununla belə, o, təsəlliverici görüşdə ABŞ təmsilçisi Kolton Braun üzərində qələbə qazanmağı bacarıb. Mehdiyev bürünc medal uğrunda görüşdə estoniyalı Klen Kristofer Kalyulaydı məğlub edib və medala sahib çıxıb.

Digər cüdoçumuz Uşanqi Kokauri (+100 kq) bürünc medal uğrunda qarşılaşmada İsrail təmsilçisi Sasson Ora məğlub olaraq 5-ci yeri tutub.

Qadınların yarışında mübarizə aparan İrina Kinderzka (+78 kq) qızıl medal uğrunda görüşdə ukraynalı Yelizaveta Kalaninadan üstün olaraq birinci yeri tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru