"Yuventus"un futbolçusu Qətər klubuna transfer olunub

29-01-2019, 08:01           
"Yuventus"un futbolçusu Qətər klubuna transfer olunub
İtaliyanın "Yuventus" klubunun mərakeşli müdafiəçisi Mehdi Benatia Qətərin "Əl-Duhayl" komandasına keçib.

“Report” xəbər verir ki, bu barədə Turin klubunun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Futbolçunun transfer qiyməti 8 milyon avro təşkil edib. Bu məbləğ 2019-cu ilin oktyabrınadək iki dəfəyə ödəniləcək. Məbləğ bonuslar hesabına daha 2 milyon avro arta bilər.

31 yaşlı Benatia "Yuventus"a 2016-cı ildə "Bavariya"dan 3 mln. avroya icarə əsasında keçib. Bir ildən sonra İtaliya klubu futbolçunun transfer hüququnu 17 mln. avroya alıb. Müdafiəçi Turin komandasında ümumilikdə 59 oyunda meydana çıxıb və 5 qol vurub. O, "Yuventus"un heyətində iki dəfə İtaliya çempionu, iki dəfə də İtaliya Kubokunun qalibi olub. Benatia bunadək "Marsel", "Tur", "Loryan", "Klermon", "Udineze" və "Roma" kimi komandaların şərəfini qoruyub. O, Mərakeş yığmasında 55 oyun keçirib və 2 qolun müəllifi olub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.