“Fənərbağça”, nəhayət, qalib gəldi

29-01-2019, 08:14           
“Fənərbağça”, nəhayət, qalib gəldi
Türkiyə superliqasında 19-cu tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 3 matç keçirilib. Lider “Başakşəhər” “Kasımpaşa”nı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

“Fənərbağça” isə doğma meydanda “Yeni Malatyaspor”la qarşılaşıb. Görüş İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da ölkə çempionatında 6 oyundan sonra ilk qalibiyyətini əldə edən “Fənərbaxça” turnir cədvəlində 14-cü pilləyə yüksəlib.

Digər oyunda “Alanyaspor” səfərdə “Ankaragücü”nə qalib gəlib – 2:0.

“Fənərbağça” – “Yeni Malatyaspor” – 3:2
Qollar: Ekici, 2 (1:0), Mina, 28 (1:1), Ekici, 31 (2:1), Donald,45 (2:2), Topal, 86 (3:2)

“Başakşəhər” – “Kasımpaşa” – 2:0
Qollar: Viska, 42, Elia, 84

“Ankaragücü” – “Alanyaspor” – 0:2
Qollar:Kampos, 6-pen, Sisse, 55












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru