Yunanıstanda həftə ərzində 12 nəfər qripdən ölüb

1-02-2019, 07:50           
Yunanıstanda həftə ərzində 12 nəfər qripdən ölüb
Yunanıstan qrip xəstəliyinə yoluxma və bu xəstəlikdən ölüm halları artır.

Trend-in məlumatına görə, bu barədə xəstəliklərə nəzarət və onların profilaktikası üzrə milli mərkəzdən bildiriblər.

Bildirilir ki, 2019-cu ilin 4-cü həftəsində (21-27 yanvar) 12 nəfər qrip virusundan ölüb. Ondan öncəki həftə iki nəfərin öldüyü bildirilir. Ümumilikdə bu mövsüm təsdiqlənmiş qrip virusundan 18 nəfərin ölümü qeydə alınıb. Ölənlər 25-90 yaşlar arasında olub.

Qeyd edilir ki, kliniki yüksək riskli qrupa aidlərmiş. Sözügedən qrupa aid olan insanlara hər mövsüm qripə qarşı vaksinasiyadan keçmək tövsiyə edilir.

Mərkəzdən bildiriblər ki, xəstəliyin qarşısının alınmasının ən yaxşı yolu vaksinasiyadan keçməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru