"Latsio" "İnter"i İtaliya Kubokundan kənarlaşdırıb

1-02-2019, 07:54           
"Latsio" "İnter"i İtaliya Kubokundan kənarlaşdırıb
"Latsio" futbol üzrə İtaliya Kubokunun ¼ final oyunun cavab qarşılaşmasında səfərdə "İnter"i məğlub edib.

“Report” xəbər verir ki, görüşün əsas hissəsi 1:1 hesablı heç-heçə ilə başa çatdıqdan, qalib penaltilər seriyası ilə müəyyən edilib (4:3).

"Latsio" yarımfinalda "Milan" ilə qarşılaşacaq. Komandalar 27 fevral və 24 aprel tarixlərində qarşılaşacaqlar. Digər yarımfinalda "Fiorentina" "Atalanta" ilə üz-üzə gələcək.

Turnirin hazırkı qalibi ötən il "Milan"ı 4:0 hesabı ilə darmadağın edən "Yuventus"dur.

İtaliya Kuboku. 1/4 final

"İnter" – "Lasio" - 1:1 (3:4)

Qollar: 0:1 – İmmobile – 108, 1:1 – İkardi – 120+5 (pen)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru