Ronaldu Portuqaliyanın dövlət mükafatlarından məhrum edilməyəcək

2-02-2019, 08:44           
Ronaldu Portuqaliyanın dövlət mükafatlarından məhrum edilməyəcək
Turinin "Yuventus" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ölkəsində aldığı dövlət mükafatlarından məhrum edilməyəcək.

“Report” xəbər verir ki, mənbənin məlumatına görə, Portuqaliyanın Fəxri Ordenlər Şurası qərara alıb ki, İspaniya məhkəməsinin hökmü Ronaldunu mükafatlardan məhrum etmək üçün tutarlı əsas deyil.

Daha əvvəl Ronaldunun İspaniya məhkəməsinin futbolçunu 23 il müddətinə şərti həbs cəzasına məhkum etməsindən sonra İnfant don Enrike (Milli Cəngavər) və "Xidmətlərinə görə" ordenlərindən məhrum edilə biləcəyi bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru