Qətər Asiyanın ən güclüsü oldu — VİDEO

2-02-2019, 13:19           
Qətər Asiyanın ən güclüsü oldu — VİDEO
Futbol üzrə Asiya Kubokunun qalibi məlum olub.



Kubokun finalında Qətər və Yaponiya milliləri qarşılaşıb.



Yarımfinala adlamaqla çoxlarını təəccübləndirmiş Qətər komandası finalda rəqibini 3:1 hesabı ilə məğlub edərək Asiya Kubokunu qazanıb.



Qətər millisində Almoez Ali (12), Abdulaziz Hatem (27) və Akram Afif (83, pen.) fərqlənib. Yaponiya millisinin qolunu isə Takumi Minamino (69) vurub.



Bununla da 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək Qətər millisi tarixinin ən yüksək nəticəsini qazanıb. Bu komanda ilk dəfə Asiya Kubokuna sahib çıxıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru