"Mançester Siti" öz meydanında "Arsenal"a qalib gəldi

4-02-2019, 08:18           
"Mançester Siti" komandası İngiltərə Çempionatının 25-ci turu çərçivəsində Londonun "Arsenal" klubunu
"Mançester Siti" öz meydanında "Arsenal"a qalib gəldiqəbul edib.

Trend-in məlumatına görə, meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.

"Etihad" stadionunda keçirilən oyunda hesabı birinci dəqiqədə Serxio Aquero açıb. 10 dəqiqə sonra oyunda hesab bərabərləşib: Loran Kosyelni fərqlənib.

Oyunun 44-cü və 61-ci dəqiqələrində "Siti"nin argentinalı hücumçusu qol vuraraq het-trikə imza atıb və komandasına qələbə qazandırıb.

Bu, 30 yaşlı argentinalının İngiltərə Premyer Liqasında 30-cu het-trikidir. Liqanın rekordu isə Alan Şirerə məxsusdur (11 het-trik).

"Mançester Siti" 59 xal toplayaraq turnir cədvəlində 2-ci pillədədir, "Arsenal" isə 47 xalla altıncıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru