Mahir legionerindən üzr istədi: "Mən irqçi deyiləm"

4-02-2019, 08:38           
Mahir legionerindən üzr istədi: "Mən irqçi deyiləm"
"Qarabağ"ın hücumçusu Mahir Mədətov Topaz Premyer Liqanın 15-ci turunun "Neftçi" ilə oyunundakı hərəkətinə görə peşman olub.

Teleqraf.com-un məlumatına görə, matçdan sonra "ağ-qaralar"ın seneqallı müdafiəçisi Mamadu Mbodja "İnstaqram"da mesaj yazan futbolçu rəqibin əlini sxımadığı üçün ondan üzr istəyib:

"Dostum, həmin an emosiyalarıma görə mənə əl uzatdığını görmədiyim üçün səndən üzr istəyirəm. Ümid edirəm ki, arazmıda hər şey qaydasındadır. Mən irqçi deyiləm. Bilirsən ki, bu, sadəcə, bir oyundur. Sənə uğurlar arzulayıram".

Mbodj isə Mahirin üzrxahlıq mesajına bu cür cavab verib: "Salam, dostum. Bu, oyundur, belə şeylərin olması normaldır. İrqçi olmadığını bilirəm. Sən yaxşı oyunçusan. Gələcək oyunlarda sənə və komandana uğurlar arzulayıram".

Qeyd edək ki, oyunun gedişində epizodlardan birində Mbodj Mahirə qarşı kobudluq etdikdən sonra üzr istəmək üçün əl uzatsa da, o, bunu görməyib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru