UEFA finala gələn azarkeş sayını açıqladı

31-05-2019, 00:00           
Avropa Liqasının dünən Bakıda keçirilən final oyununu stadiondan izləyən azarkeşlərin sayı açıqlanıb.UEFA finala gələn azarkeş sayını açıqladı

Unikal.org xəbər verir ki xəbər UEFA-nın saytında yer alan məlumata əsasən, "Çelsi" - "Arsenal" matçının (4:1) oynanıldığı Bakı Olimpiya Stadionuna 51370 nəfər tamaşaçı toplaşıb.

Qeyd edilib ki, bu, son 10 ildə Avroliqa finallarında azarkeş sayına görə ən yaxşı üçüncü göstəricidir. İlk iki yerdə isə müvafiq olaraq, ötən il Lionda keçirilən "Marsel" - "Atletiko" (0:3, 55768 tamaşaçı) və 2012-ci ildə Buxarestdə olan "Atletiko" - "Atletik" (3:0, 52347 tamaşaçı) finalları qərarlaşıb.

Qeyd edək ki, BOS-un azarkeş tutumu 68700 nəfərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru