Messi üç ay müddətinə diskvalifikasiya olunub

3-08-2019, 05:42           
Messi üç ay müddətinə diskvalifikasiya olunub
Cənubi Amerikanın Futbol Federasiyası (CONMEBOL) Argentina yığmasının hücumçusu Lionel Messinin 3 ay müddətinə diskvalifikasiya olunması haqqında qərar qəbul edib.

“Report” "El Mundo" nəşrinə istinadən xəbər verir ki, futbolçunun cəza müddəti noyabrın 3-də başa çatacağından, o, milli komandanın Çili, Meksika və Almaniyaya qarşı keçirəcəyi matçları buraxmalı olacaq.

"Barselona"nın forvardı həmçinin 50 min dollar məbləğində cərimə ödəməli olacaq.

Messinin cəzalandırılmasına Braziliyada keçirilən Amerika Kuboku oyunları zamanı onun Cənubi Amerika məmurlarını tənqid etməsi səbəb olub. O, məmurları ev sahibi olan komandanın qalibiyyəti üçün əllərindən gələni etməkdə ittiham edib. Messinin fikrincə çempionatda hakimlər Argentina millisinə qarşı qərəzli olublar.

Daha əvvəl Messi Amerika Kuboku çərçivəsində Çili ilə üçüncü yer uğrunda keçirilən matçda qırmızı vərəqə alması səbəbindən martda DÇ-2022-nin birinci təsnifat mərhələsi oyununu buraxacağı bəlli olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru