"Qarabağ" 25, "Neftçi" isə 24 futbolçu sifariş etdi

3-08-2019, 07:47           
"Qarabağ" 25, "Neftçi" isə 24 futbolçu sifariş etdi
“Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə (Kipr) oyunlar üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.

Axar.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 25 futbolçu sifariş verib. Heyətdə 4 qapıçı, 7 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçu yer alıb.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev, Məmməd Hüseynov

Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov, Rerrars Faysal

Yarımmmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı, Tural Bayramov

Hücumçular: Mahir Emreli, Maqaye Qeye

Qeyd edək ki, "Qarabağ" APOEL-lə avqustun 6-da səfərdə, 13-də isə Bakıda qarşılaşacaq.

***

"Neftçi” Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrailin "Bney Yehuda” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Siyahıda 24 futbolçu yer alıb:

Qapıçılar: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov

Müdafiəçilər: 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 18.Tural Axundov, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 51.Mehmet Serin, 85.Şöhrət Yusifov

Yarımmüdafiəçilər: 7.Namiq Ələskərov, 8.Emin Mahmudov, 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 28.Stiven Jozef-Monroz, 33.Turan Vəlizadə, 36.Mamadu Kane, 37.Vüsal Əsgərov, 80.İsmayıl Zülfüqarlı, 93.Soni Mustivar.

Hücumçular: 9.Baqali Dabo, 19.Rauf Əliyev

Qeyd edək ki, bu komandalar arasında ilk görüş avqustun 8-də “Bakcell Arena”da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru