Daha 2 azərbaycanlı beynəlxalq dərəcəli hakim adına layiq görülüb

5-08-2019, 06:55           
Daha 2 azərbaycanlı beynəlxalq dərəcəli hakim adına layiq görülüb
Polşanın Poznan şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib.

“Report” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər.

Nəticədə Azərbaycanın ədalət təmsilçilərindən Rəşad Əliyev və Məhəmmədəli Quluzadə beynəlxaq dərəcəli hakim adına layiq görülüblər. Onlar seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıblar.

Namizədlərlə ilk öncə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində namizəd hakimlər tatami üzərində Avropa Kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər.

Hakimlərimiz Poznanda keçirilən gənclərin Avropa Kubokunun görüşlərini uğurla idarə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru