Çempionlar Liqası: Bu gün "Qarabağ"ın "pley-off" mərhələsindəki potensial rəqibi müəyyənləşəcək

5-08-2019, 07:03           
Çempionlar Liqası: Bu gün "Qarabağ"ın "pley-off" mərhələsindəki potensial rəqibi müəyyənləşəcək
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, bu mərhələdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da potensial rəqibi müəyyənləşəcək.

Ağdam komandası Kipr APOEL-ini üstələyəcəyi təqdirdə, 4 cütlükdəki 8 komandadan biri ilə qarşılaşacaq:

Çempionlar Yolu

Səpələnmişlər

PAOK (Yunanıstan) / "Ayaks" (Hollandiya) cütünün qalibi

ÇFR (Kluj, Rumıniya) / "Seltik" (Şotlandiya) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya) / "Kopenhagen" (Danimarka) cütünün qalibi

"Dinamo" (Zaqreb, Xorvatiya) / "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi

Səpələnməmişlər

"Yanq Boyz" (İsveçrə)

APOEL (Kipr) / "Qarabağ" (Azərbaycan) cütünün qalibi

"Slaviya" (Praqa, Çexiya)

"Maribor" (Sloveniya) / "Rusenborq" (Norveç) cütünün qalibi

"Pley-off"dan etibarən III təsnifat mərhələsinin 6 qalibinə UEFA reytinqində 12-13-cü yerləri tutan İsveçrə və Çexiya çempionları da qoşulacaqlar. III mərhələnin oyunları 6-7 avqustda və 13 avqustda olacaq. Nəticədə 4 qalib komanda Çempionlar Liqasının, onlara uduzanlar isə Avropa Liqasının qrup mərhələsində çıxış edəcəklər.

Liqa Yolu

Səpələnmişlər

"Krasnodar" (Rusiya) / "Portu" (Portuqaliya) cütünün qalibi

"Brügge" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi

Səpələnməmişlər

"İstanbul Başakşehir" (Türkiyə) / "Olimpiakos" (Yunanıstan)

"Bazel" (İsveçrə) / LASK (Avstriya) cütünün qalibi

Liqa Yolunda III təsnifat mərhələsinin 4 qalibi "pley-off"da yarışacaqlar. Nəticədə 2 qalib komanda Çempionlar Liqasının, onlara uduzanlar isə Avropa Liqasının qrup mərhələsinə düşəcəklər.

Pley-off qarşılaşmaları 20-21 avqustda və 27-28 avqustda keçiriləcək.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru