"Qarabağ"ın aqressiv oynadığını bilirik - Yunan oyunçu

6-08-2019, 07:41           
"Qarabağ"ın aqressiv oynadığını bilirik - Yunan oyunçu
Bizi çətin mübarizə gözləyir. Qarşıda çətin oyun var. Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik. 90 dəqiqə oyuna köklənməli və vəzifəmizi yerinə yetirməliyik.

Qol.az-ın məlumatına görə, bu sözləri APOEL-in futbolçusu Savvas Gentoqlu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Yunanıstanlı yarımmüdafiəçi daha sonra bildirib: "Rəqibimizin aqressiv futbol oynadığını bilirik. Çox yaxşı müdafiə olunmalıyıq. Ancaq özümüzə inanmaq üçün hücum da etməliyik. Yaxşı bir addım atmaqdan ötrü hər şeyi edəcəyik"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru