Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" "Zenit"ə uduzub

11-08-2019, 01:23           
Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" "Zenit"ə uduzub
Futbol üzrə Rusiya Premyer Liqasının 5-ci turuna start verilib.

“Report” xəbər verir ki, bu turda futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Moskva "Dinamo"su öz meydanında "Zenit"i qəbul edib.

Moskvanın "VTB Arena" stadionunda keçirilən görüş 0:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Matçda qolları Artyom Dzüba (10-cu dəqiqə) və Maqomed Ozdoyev (88) vurub.

Ramil Şeydayev 90 dəqiqə meydanda olub.

Bu oyundan sonra "Zenit" xallarının sayını 13-ə çatdırıb və çempionatda liderliyini davam etdirir. "Dinamo" 5 xal ilə 11-ci yerdə qərarlaşıb.

Rusiya Premyer Liqası. 5-ci tur

"Dinamo M" - "Zenit" - 0:2

Qollar: 0:1 – Dzüba – 10, 0:2 – Ozdoyev – 88

Qırmızı vərəqə: Yusupov, 80 ("Dinamo")












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru