AVRO-2020: Yunanıstan Lixtenşteynlə bacarmayıb, İsveçrə böyük hesabla qələbə qazanıb

9-09-2019, 06:45           
AVRO-2020: Yunanıstan Lixtenşteynlə bacarmayıb, İsveçrə böyük hesabla qələbə qazanıb
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VI tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 3 qrupda 8 görüş keçirilib. F və J qruplarında 3, D qrupunda isə 2 qarşılaşma oynanılıb.

Gecənin sensasiyası Ermənistan və Yunanıstanda qeydə alınıb. Bosniya və Herseqovina millisi Yerevanda 2:4 hesabı ilə uduzduğu üçün baş məşqçi Robert Prosineçki istefa verib. Ellada təmsilçisi isə evdə Lixtenşteynlə bacarmayıb.

D qrupu

20:00. Gürcüstan - Danimarka - 0:0

20:00. İsveçrə - Cəbəllütariq - 4:0

Qollar: Denis Zakariya, 37. Admir Mehmedi, 43. Rikardo Rodriges, 45+4. Mario Qavranoviç, 87

Xal durumu: İrlandiya – 11 (5 oyuna), Danimarka - 9 (5), İsveçrə - 8 (4), Gürcüstan – 4 (5), Cəbəllütariq – 0 (5).

F qrupu

20:00. Rumıniya - Malta - 1:0

Qol: Corce Puşkaş, 47

22:45. İspaniya - Farer adaları - 4:0

Qollar: Rodriqo, 13; 50. Pako Alkaser, 90; 90+3

22:45. İsveç - Norveç - 1:1

Qollar: Emil Forsberq, 60 - Stefan Yohansen, 45

Xal durumu: İspaniya – 18 (6 oyuna), İsveç – 11 (6), Rumıniya – 10 (6), Norveç - 9 (6), Malta - 3 (6), Farer adaları - 0 (6)

J qrupu

17:00. Ermənistan - Bosniya və Herseqovina - 4:2

Qollar: Henrix Mxitaryan, 3; 66. Hovannes Ambartsumyan, 77. Stipe Lonçar, 90+5 - Edin Ceko, 13. Amer Qoyak, 70

22:45. Finlandiya - İtaliya - 1:2

Qollar: Teemu Pukki, 72 (pen.) - Çiro İmmobile, 59. Jorjinyo, 79 (pen.)

22:45. Yunanıstan - Lixtenşteyn - 1:1

Qollar: Giorqos Masuras, 33 - Dennis Salanoviç, 85

Xal durumu: İtaliya – 18 (6 oyuna), Finlandiya – 12 (6), Ermənistan – 9 (6), Bosniya və Herseqovina – 7 (6), Yunanıstan – 5 (6), Lixtenşteyn – 1 (6).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru