AVRO-2020: Türkiyə Moldovanın qonağı olacaq, İngiltərə Kosovonu sınağa çəkəcək

10-09-2019, 02:09           
AVRO-2020: Türkiyə Moldovanın qonağı olacaq, İngiltərə Kosovonu sınağa çəkəcək
Bu gün AVRO-2020-nin seçmə mərhələsində VI tura yekun vurulacaq.

APA-nın məlumatına görə, A, B və H qruplarında yeddi qarşılaşma keçiriləcək.

A qrupunda liderlərin dueli baş tutacaq. İtkisiz irəliləyən İngiltərə sürpriz nəticəyə imza atan Kosovonu sınağa çəkəcək. Sonuncu sırada qərarlaşan Monteneqro isə Çexiyanı qəbul edəcək.

B qrupunda eyni xala malik Lüksemburqla Serbiya görüşəcək. Portuqaliya isə Litvada autsayderin qonağı olacaq.

Türkiyə millisi mübarizə apardığı H qrupunda növbəti matçına çıxacaq. Şenol Günəşin yetirmələri Moldovaya səfər edəcək. “Ay-ulduzlular”ın liderliyə şəriklərindən İslandiya Albaniyada oynayacaqsa, Fransa evdə Andorra ilə görüşəcək.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 8-9-da keçirilib.

AVRO-2020-nin seçmə mərhələsi
VI tur
10 sentyabr

A qrupu
22:45. Monteneqro – Çexiya
22:45. İngiltərə - Kosovo

B qrupu
22:45. Lüksemburq – Serbiya
22:45. Litva – Portuqaliya

H qrupu
22:45. Moldova – Türkiyə
22:45. Fransa – Andorra
22:45. Albaniya – İslandiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru