Mixael Şumaxer xəstəxanadan buraxılıb

16-09-2019, 07:39           
Mixael Şumaxer xəstəxanadan buraxılıb
"Formula-1"in yeddiqat çempionu Mixael Şumaxer Jorj Pompidu adına Paris Klinikasından buraxılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalist Jan-Mişel Dekyuji bildirib.

Onun sözlərinə görə, Şumaxer bu yaxınlarda Paris klinikasından gizli buraxılıb. Jurnalist qeyd edib ki, keçmiş idmançının müalicə üsulları naməlumdur və diqqətlə gizlədilir.

"Bizə yalnız məlumdur ki, ona qan köçürülüb, hansına ki, gövdə hüceyrələri əlavə edilib. Bunlar beyin də daxil olmaqla, onun bütün orqanizminin vəziyyətinə müsbət təsir etməlidir", - Dekyuji BFMTV telekanalının efirində deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru