Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək - AFİŞA

17-09-2019, 08:09           
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək - AFİŞA
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək. Turnirin son qalibi İngiltərə "Liverpul"u İtaliyada "Napoli" ilə üz-üzə gələcək. Qrupun digər matçında Avstriyanın "Zaltsburq" kollektivi Belçika "Genk"ini qəbul edəcək.

Günün digər maraqlı qarşılaşması F qrupunda baş tutacaq. İspaniya "Barselona"sı Almaniyada "Borussiya"nın (Dortmund) qonağı olacaq. İtaliya "İnter"i isə Çexiyanın paytaxtı Praqada "Slaviya" ilə üz-üzə gələcək.

G qrupunda "Lion" (Fransa) - "Zenit" (Rusiya) və "Benfika" (Portuqaliya) - "Leyptsiq" (Almaniya) görüşləri baş tutacaq.

Nəhayət, H qrupunda Avropa Liqasının qalibi "Çelsi" (İngiltərə) "Valensiya"nı (İspaniya), "Ayaks" (Hollandiya) isə "Lill"i (Fransa) qəbul edəcək.



Çempionlar Liqası

Qrup mərhələsi, I tur

E qrupu

23:00. "Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə)

23:00. "Zaltsburq" (Avstriya) - "Genk" (Belçika)

F qrupu

20:55. "İnter" (İtaliya) - Slaviya" (Praqa, Çexiya)

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya)

G qrupu

20:55. "Lion" (Fransa) - "Zenit" (Rusiya)

23:00. "Benfika" (Portuqaliya) - "Leyptsiq" (Almaniya)

H qrupu

23:00. "Ayaks" (Hollandiya) - "Lill" (Fransa)

23:00. "Çelsi" (İngiltərə) - "Valensiya" (İspaniya)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru