Çempionlar Liqasının ilk turunda maraqlı nəticələr qeydə alınıb

18-09-2019, 00:08           
Çempionlar Liqasının ilk turunda maraqlı nəticələr qeydə alınıb
Futbol üzrə Çempionlar Liqasında 2019/20-ci illər mövsümünə start verilib.

“Report”un məlumatına görə, ilk qarşılaşma Fransada yerli “Lion” ilə Rusiya “Zenit”i arasında baş tutub. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

“G” qrupunun digər qarşılaşmasında “Benfika” (Portuqaliya) öz meydanında Almaniya “Leipsiq”inə 1:2 hesabı ilə məğlub olub.

“F” qrupunda “İnter” doğma meydanda 90+2 dəqiqədə Praqa “Slaviya”sına məğlubiyyətdən xilas olub. Qrupun digər matçında Dortmund “Borussiya”sı Almaniyada “Barselona” (İspaniya) ilə qolsuz heç-heçəyə nail olub.

Gecənin ən maraqlı nəticəsi İtaliyada qeydə alınıb. Çempionlar Liqasının hazırkı qalibi “Liverpul” (İngiltərə) “Napoli”yə (İtaliya) 0:2 hesabı ilə məğlub olub. Qrupun paralel keçən oyununda “Zalsburq” (Avstriya) “Genk”i (Belçika) darmadağın edib – 6:2.

“Valensiya”nın səfərdə “Çelsi” üzərində qələbə qazanması (1:0) turun digər gözlənilməz nəticəsi olub. “H” qrupunun digər oyunu “Ayaks” və “Lill” arasında baş tutub. Hollandiya təmsilçisi Fransa klubuna heç bir şans verməyib – 3:0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru