Qadın güləşi üzrə Azərbaycan millisi Dünya Kubokuna vəsiqə qazanıb

21-09-2019, 00:29           
Qadın güləşi üzrə Azərbaycan millisi Dünya Kubokuna vəsiqə qazanıb
Azərbaycanın qadın güləşi üzrə milli komandası 2020-ci il Dünya Kubokuna vəsiqə qazanıb.

Aslan Ağayevin baş məşqçi olduğu kollektiv buna Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında nail olub.

Bu komanda ümumi hesabda 48 xalla 8-ci yeri tutub. Heyət üzvlərindən Mariya Stadnik (50 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medal qazanıbsa, Tatyana Omelçenko (59 kq) 7-ci yeri tutub.

Dünya Kubokuna vəsiqə imkanı verən “İlk 8-lik”də əvvəlki pillələri Yaponiya (137 xal), Rusiya (106), ABŞ (105), Çin (102), Ukrayna (92 kq), Qazaxıstan (53) və Monqolustan (49) tutub.

Qeyd edək ki, Dünya Kubokunda ümumilikdə 8 ölkə iki qrupda mübarizə aparır. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru