“Real”da ara qarışdı: 80 milyon avroluq qalmaqal

21-09-2019, 18:10           
“Real”da ara qarışdı: 80 milyon avroluq qalmaqal
Çempionlar Liqasının ilk turunda PSJ-yə 0:3 hesabı ilə uduzan “Real”da vəziyyət gərginləşib.

Fanat.Az xəbər verir ki, azarkeşlər və bəzi klub rəsmiləri uğursuzluğa görə baş məşqçi Zinəddin Zidanı günahlandırır. Hətta kluba yaxınlığı ilə tanınan AS qəzetinin bununla bağlı keçirdiyi sorğu iştirakçılarının 57 faizi Zidanın günahkar oluduğunu bilirib. Fransız mütəxəssisin tezliklə “Kral Klubu”ndan gedəcəyi deyilir.

Bu arada Kataloniya mərkəzli “Sport” qəzeti yeni bir iddia ilə çıxış edib. Qəzet yazıb ki, “Real”la 3,5 illik anlaşma imzalayan Zidanın müaviləsindəki təzminant maddəsi 80 milyon avrodu. Bunun 39 milyon avrosu nağd ödənməlidi.

Qeyd edək ki, Zidanın illik maaşı 13 milyon avrodu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru