UEFA yeni turnirin adını açıqladı

25-09-2019, 08:13           
UEFA yeni turnirin adını açıqladı
UEFA 2021-ci ildən keçiriləcək üçüncü dərəcəli klub turnirinin adını açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, Konfrans Liqası adlanacaq turnirdə 32 komanda 8 qrup üzrə yarışacaq.

Qrup liderləri 1/8 finala birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar isə pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü olan komanda ilə qarşılaşacaq.

Konfranslar Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

Turnirin oyunları cümə axşamları keçiriləcək.

Qeyd edək ki, Azərbaycan çempionu Çempionlar Liqasında, digər üç təmsilçisi Avropa Liqası deyil, Konfrans Liqasında mübarizə aparacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru