Messi zədələndi

26-09-2019, 08:13           
Messi zədələndi
"Barselona"nın futbolçusu Lionel Messi zədələnib.

Teleqraf.com xəbər verir ki, tibbi müayinədən keçən argentinalı hücumçunun La Liqanın 6-cı turunda "Vilyarreal"la matçda ombasından zədələndiyi məlum olub.

Onun tam dəqiq bərpa müddətinin daha dərin tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, Messi zədəsi sağaldıqdan sonra ilk dəfə dünən "Vilyarreal"la görüşdə oynamışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.