İrlandiyalı futbolçu sərxoş vəziyyətdə qəza törədib, ciddi xəsarət alıb

26-09-2019, 19:16           
İrlandiyalı futbolçu sərxoş vəziyyətdə qəza törədib, ciddi xəsarət alıb
İngiltərənin "Derbi Kaunti" komandasının futbolçuları yol qəzasına düşüb.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, oyunçular ötən gün şam yeməyində yığıncaq keçiriblər. Bu zaman komandanın kapitanı Riçard Kio və digər iki oyunçu spirtli içki qəbul ediblər.

Tədbirdən sonra onlara sürücülük xidməti təklif olunub, lakin oyunçular imtina edərək maşına miniblər. Nəticədə qəza baş verib və Riçard Kio ciddi zədə alıb. Digər iki futbolçu isə saxlanılıb.

Xəsarət alan 33 yaşlı irlandiyalı müdafiəçi bu mövsümun sonuna kimi sıradan çıxıb. "Derbi Kaunti" hadisə ilə bağlı araşdırma aparacağını bildirib.

Qeyd edək ki, Riçard Kio İrlandiya millisinin də üzvüdür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.