Neymar "Barselona"ya qarşı məhkəmədə iştirak üçün İspaniyaya gedib

27-09-2019, 01:09           
Neymar "Barselona"ya qarşı məhkəmədə iştirak üçün İspaniyaya gedib
Fransanın "Pari Sen-Jermen" futbol komandasının hücumçusu Neymar Katalon klubu tərəfindən pul bonuslarının ödənilməməsi ilə bağlı iş üzrə məhkəmə iclasında iştirak etmək üçün Barselonaya gedib.

Bu barədə "Report" "Mundo Deportivo"ya istinadən xəbər verir.

Qeyd edilir ki, futbolçu ilə birlikdə İspaniyaya onun atası da gedib.

Neymar Paris klubuna transferdən əvvəl 40 milyon avronu komandadan almayıb. Kataloniyalılar ona cəmi 14 milyon avro ödəyiblər. İndi braziliyalı məhkəmə vasitəsilə ödənilməmiş məbləğı, həmçinin 10% kompensasiyanı almaq niyyətindədir.

"Barselona" nümayəndələrinin fikrincə, Neymar müqavilə şərtlərini pozub və 75 milyon avronu qaytarmağa çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru