“Sevilya” “Qarabağ”a qalib gələndən sonra xal qazana bilməyib

27-09-2019, 01:37           
“Sevilya” “Qarabağ”a qalib gələndən sonra xal qazana bilməyib
İspaniya La Liqasında VII tur başa çatıb.

APA-nın məlumatına görə, turun 3 qarşılaşması baş tutub.

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Sevilya” autsayderlərdən biri “Eybar”a da uduzub – 2:3. Bakıda Azərbaycan çempionuna üç cavabsız qol vuran Xulen Lopeteqinin yetirmələri həmin qələbədən sonra xal qazana bilmirlər. “Eybar” isə ilk qələbəsinə Əndəlüs təmsilçisi ilə matçda imza atıb.

“Real-Sosyedad” “Alaves”i məğlub edərək 2-ci sıraya qalxıb. “Espanyol”la “Selta”nın duelində qalib müəyyənləşməyib.

Qeyd edək ki, növbəti tura sentyabrın 27-də start veriləcək.

İspaniya La Liqası
VI tur
26 sentyabr
“Eybar” – “Sevilya” – 3:2
Orelyana, 66 (pen.), Leon, 77, Anxel, 82 – Okampos, 11, Torres, 33
“Selta” – Espanyol” – 1:1
Mina, 90 – Pedrosa, 48
“Real-Sosyedad” – “Alaves” – 3:0
Oyarzabal, 18, 41 (pen.), Xese, 32












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru