Başı bəlalı “Energetik” – Onu liqaya niyə qəbul etmirlər?

27-09-2019, 17:34           
Başı bəlalı “Energetik” – Onu liqaya niyə qəbul etmirlər?
Mingəçevir şəhərini təmsil edən “Energetik” klubu ilə bağlı maraqlı faktlar üzə çıxıb. Müxtəlif vaxtlarda "Kür-Nur", "Kür" adları ilə 7 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında çıxış edən bu komanda indi indi maliyyə problemləri ilə üz-üzə qalıb və nəinki 1-ci divizion, heç Regiolan Liqasına belə alınmır.
“Yeni Sabah”a etibarlı mənbədən daxil olan məlumata görə, klub Region Liqasında qeydiyyat müddətinin başa çatmasına baxmayaraq, hələ də qeydiyyata alınmayıb.

Bununla bağlı Region Liqasının İşçi Qrupunun üzvü Yusif Vəliyev saytımıza açıqlama verib. O, klubun təminat məktubunu bu günlərdə təqdim etdiyinə görə, qeydiyyatın gecikməli olduğunu bildirib:

“Energetik” klubu Region Liqasında iştirakla bağlı müraciət etmişdi. Bildiyiniz kimi, bunun üçün hər bir klub təminat məktubu təqdim etməlidir. Hansı ki, bu təminat məktubu təcili tibbi yardım, polislər və məzuniyyət xərcləri ilə bağlıdır. Klubdan sadəcə həmin təminat məktubu gecikirdi. 3-4 gün bundan öncə təminat məktubunu artıq göndərdilər. Böyük ölçüdə işlər görülüb. Yalnız bir hissəsi qalıb ki, onlar da tezliklə həll olunacaq”.

Eyni zamanda bir müddət kluba sponsorluq etmiş “Azenko” şirkətinin iyundan bəri verməli olduğu pullar kluba çatdırılmayıb. Məsələ ilə bağlı şirkətin baş mühasibi Ələsgər Məmmədəliyevlə əlaqə saxlasaq da, o, suallarımızı cavablandırmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.