Şahmatçımız Dünya Kubokunun finalına yüksəldi

27-09-2019, 18:00           
Şahmatçımız Dünya Kubokunun finalına yüksəldi
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalına yüksəlib.
APA -nın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın yarımfinalında fransalı Maksim Vaşye-Laqrava qalib gəlib.
İlk matçda heç-heçə edən təmsilçimiz ikinci partiyada rəqibini məğlub edib - 1,5:0:5. Bu qələbə T. Rəcəbovu finala daşımaqla yanaşı, 2020-ci ildə keçiriləcək İddiaçılar turnirinə daşıyıb.
Onun finaldakı rəqibi çinlilər - Dinq Liren və Yu Yanq Linin duelində bilinəcək. Klassik şahmatda 2 heç-heçə edən asiyalılar qalibi sürətli şahmatda müəyyənləşdirəcəklər.
Qeyd edək ki, Dünya Kuboku oktyabrın 4-də başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru