Özünü pis hiss edən idmançı digər atletin köməyilə yarışı başa vurub

28-09-2019, 05:21           
Özünü pis hiss edən idmançı digər atletin köməyilə yarışı başa vurub
Qvineya-Bisau atleti Braima Sunkar Dabo Arubadan olan digər atlet Conatan Basbiyə yarışı yekunlaşdırmağa kömək edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, yarış Dohada keçirilir.

Belə ki, kişilər arasında Dünya Çempionatının 5000 metr məsafəyə kvalifikasiya qaçış yarışında Arubadan olan idmançı özünü pis hiss edib və məsafəni qət etməkdə çətinlik çəkib. Bu zaman Qvineya-Bisau təmsilçisi sonuncu dövrənin əvvəlində onu qolundan tutaraq yarışı yekunlaşdırmağa yardım edib.

Hər iki idmançı azarkeşlərin ayaq üstə alqışları ilə birlikdə yarışa yekun vurublar. Buna baxmayaraq Basbinin qaçış zamanı göstərdiyi vaxt hesaba alınmayıb.

Qeyd edək ki, hər iki idmançı turnirdə ölkələrinin yeganə nümayəndələridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru