David Silva İngiltərə çempionatında 200-cü qələbəsini qeyd edib

29-09-2019, 04:52           
David Silva İngiltərə çempionatında 200-cü qələbəsini qeyd edib
Liverpulun "Everton" futbol komandası üzərində qələbə "Mançester Siti"nin kapitanı David Silva üçün İngiltərə çempionatında 200-cü qalibiyyət olub.

"Report"un məlumatına görə, bu barədə "şəhərlilər"in rəsmi saytı bildirib.

Qeyd edilir ki, bu nailiyyəti əldə etmək üçün futbolçu 289 matç keçirib. İspaniyalı premyer-liqanın tarixində buna hamıdan daha tez nail olub.

Otuz üç yaşlı Silva "şəhərlilər"in heyətində 2010-cu ildən çıxış edir. Bu vaxt ərzində oyunçu dörd çempion mükafatını qazanmağa nail olub.

Daha əvvəl bildirilirdi ki, "Mançester Siti" klubu futbol üzrə İngiltərə Premyer Liqasının 20-ci turunda "Sauthempton" üzərində qələbə qazanıb. Sauthempton şəhərinin "Sent-Meris" stadionunda keçən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Mançester Siti"yə qələbə gətirən qolları David Silva və Serxio Aquero vurub. Üçüncü top avtoqol kimi Ceyms Uord-Prausun adına yazılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru