“Milan” yenə uduzub, paytaxt klubları qalib gəlib

23-09-2019, 00:32           
“Milan” yenə uduzub, paytaxt klubları qalib gəlib
İtaliya A seriyasında VI tur davam edir.

APA-nın məlumatına görə, ikinci oyun günündə 6 matç baş tutub.

Mükafatlara iddialı “Napoli” “Breşia” üzərində qələbə qazanıb. Paytaxt klubları da günü qələbə ilə başa vurublar.

“Roma” səfərdə çətin qələbəyə sevinibsə, “Latsio” darmadağına imza atıb. “Fiorentina”nı qəbul edən “Milan” isə yenə uduzub.

Qeyd edək ki, tura sentyabrın 30-da yekun vurulacaq.

İtaliya A seriyası
VI tur
29 sentyabr
“Napoli” – “Breşia” – 2:1
Mertens, 13, Manolas, 45 – Balotelli, 67
“Latsio” – “Cenoa” – 4:0
Milinkoviç-Saviç, 7, Radu, 40, Kaydedo, 59, İmmobile, 78
“Leççe” – “Roma” – 0:1
Dzeko, 56
“Udineze” – “Bolonya” – 1:0
Okaka, 27
“Kalyari” – “Verona” – 1:1
Kastro, 24 – Faraoni, 66
“Milan” – “Fiorentina” – 1:3
Leao, 80 - Pulqar, 14 (pen.), Kastrovilli, 66, Riberi, 78












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru