“Mançester Yunayted” “Arsenal”la heç-heçə oynayıb

1-10-2019, 01:54           
“Mançester Yunayted” “Arsenal”la heç-heçə oynayıb
İngiltərə Premyer Liqasında VII tur başa çatıb.

APA-nın məlumatına görə, son oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə qarşılaşması “Old Trafford”da keçirilib. “Mançester Yunayted” evdə “Arsenal”ı sınağa çəkib.

İlk yarının sonlarında meydan sahibləri hesabı açıblar. “Topçular” fasilədən az sonra vurulan qolla Mançesterdən heç-heçə ilə dönməyi bacarıblar.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 4-6-da keçiriləcək.

İngiltərə Premyer Liqası
VII tur
30 sentyabr
“Mançester Yunayted” – “Arsenal” – 1:1
Maktominay, 45 – Obameyanq, 58












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru