AFFA "Düdelanj" - "Qarabağ" oyunundakı təxribata görə UEFA-ya rəsmi müraciət edəcək

4-10-2019, 03:53           
AFFA "Düdelanj" - "Qarabağ" oyunundakı təxribata görə UEFA-ya rəsmi müraciət edəcək
AFFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) oyunda yaşanan təxribata reaksiya verib.

APA-nın qurumun feysbuq səhifəsinə istinadən məlumata görə, xoşagəlməz hadisə ilə bağlı AFFA rəhbərliyi dərhal UEFA rəhbərliyi ilə əlaqə saxlayıb və narazılığını bildirib.

Assosiasiya oktyabrın 4-də isə Avropa futbol qurumuna rəsmi qaydada müraciət edəcək.

Qeyd edək ki, təxribat Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. Separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilib. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib və Ağdam təmsilçisi 4:1 hesablı qələbə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru