Avropa Liqası: Türkiyənin 3 klubu səfərdə oynayacaq

7-11-2019, 07:38           
Avropa Liqası: Türkiyənin 3 klubu səfərdə oynayacaq
Bu gün Avropa Liqasında IV tura yekun vurulacaq.

APA-nın məlumatına görə, bir gün öncə keçirilən “Vitoriya” – “Arsenal” matçı ilə start götürən turun 23 matçı oynanılacaq.

Azərbaycan çempionu “Qarabağ” səfərdə Kipr APOEL-i ilə üz-üzə gələcək. A qrupunun digər qarşılaşmasında “Sevilya” “Düdelanj”ın qonağı olacaq.

Qonşu Türkiyənin üç komandası da II dövrədə ilk matçına çıxacaq. “Beşiktaş” rəqib meydanında “Braqa” ilə üz-üzə gələcək.

“Başakşəhər” səfərdə “Volfsberq”in qonağı olacaq. “Trabzonspor” isə “Krasnodar”la görüşəcək.

Avropa Liqası
Qrup mərhələsi
IV tur, 7 noyabr

A qrupu
21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
21:55. “Düdelanj” (Lüksemburq) – “Sevilya” (İspaniya)

B qrupu
21:55. “Kopenhagen” (Danimarka) - “Dinamo” (K, Ukrayna)
21:55. “Luqano” (İsveçrə) - “Malmö” (İsveç)

C qrupu
21:55. “Bazel” (İsveçrə) – “Xetafe” (İspaniya)
21:55. “Krasnodar” (Rusiya) – “Trabzonspor” (Türkiyə)

D qrupu
21:55. LASK (Avstriya) – PSV (Hollandiya)
21:55. “Rusenborq” (Norveç) – “Sportinq” (Portuqaliya)

E qrupu
21:55. ÇFR (Rumıniya) – “Renn” (Fransa
21:55. “Latsio” (İtaliya) - “Seltik” (Şotlandiya)

F qrupu
21:55. “Standard” (Belçika) – “Ayntraxt” (Almaniya)

G qrupu
00:00. “Reyncers” (Şotlandiya) – “Porto” (Portuqaliya)
00:00. “Feyenoord” (Hollandiya) – “Yanq Boyz” (İsveçrə)

H qrupu
00:00. “Espanyol” (İspaniya) – “Ludoqorets” (Bolqarıstan)
00:00. “Ferensvaroş” (Macarıstan) – MOİK (Rusiya)

İ qrupu
00:00. “Volfsburq” (Almaniya) - “Gent” (Belçika)
00:00. “Aleksandriya” (Ukrayna) – “Sent-Etyenn” (Fransa)

J qrupu
00:00. “Borussiya” (M, Almaniya) – “Roma” (İtaliya)
00:00. “Volfsberq” (Avstriya) – “Başakşəhər” (Türkiyə)

K qrupu
00:00. “Vulverhempton” (İngiltərə) – “Slovan” (Slovakiya)
00:00. “Braqa” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə)

L qrupu
00:00. “Mançester Yunayted” (İngiltərə) – “Partizan” (Serbiya)
21:55. “Astana” (Qazaxıstan) – “Alkmaar” (Hollandiya)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.