İrqçiliyə görə əsəbləşdi, ağladı, meydandan qovuldu - VİDEO

11-11-2019, 23:17           
İrqçiliyə görə əsəbləşdi, ağladı, meydandan qovuldu - VİDEO
Ukrayna Premyer Liqasının 14-cü turunda keçirilən "Dinamo" - "Şaxtyor" matçında meydan sahibinin azarkeşləri irqçi şüarlar səsləndirib.

"Qafqazinfo" xəbər verir ki, qarşılaşmanın 74-cü dəqiqəsində Donetsk klubunun futbolçusu Tayson hisslərini cilovlaya bilməyib. Braziliyalı yarımmüdafiəçi ona və komanda yoldaşı Dentinyoya qarşı səsləndirilən şüarlara sərt təpki verib. 31 yaşlı futbolçu qaydanı pozduğu epizoddan dərhal sonra fanatlara tərəf orta barmağını qaldırıb və topu onlara tərəf vurub.

O, bu hətəkətinə görə qırmızı vərəqə alıb. Tayson göz yaşları içində meydanı tərk edib.

Qeyd edək ki, oyun "Şaxtyor"un 1:0 hesablı qələbəsiylə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru