"Barselona"nın futbolçusu Jerar Pike məşhur müğənni olan həyat yoldaşı Şakira və uşaqları ilə birgə Mayamiyə gedib.
Teleqraf.com xəbər verir ki, onlar NBA-da (ABŞ Milli Basketbol Liqası) keçirilən "Mayami" - "İndiana Peysers" (113:112) matçını izləyiblər. Oyundan sonra 32 yaşlı müdafiəçi uşaqları ilə birgə basketbol oynayıb.