“Real” Braziliyadan 18 yaşlı oyunçu alır – 35 milyona

5-01-2020, 11:32           
“Real” Braziliyadan 18 yaşlı oyunçu alır – 35 milyona
“Real” “Flamenqo”nun hücumameylli yarımmüdafiəçisi Reyniri qış fasiləsində transfer edəcək.

Qol.az xəbər verir ki, bu haqda “Marca” məlumat yayıb. Braziliyalının transferi 35 milyon avroya başa gələcək. Bu məbləğin 80 faizi kluba, 20 faizi isə futbolçu ilə agentinə çatacaq.

Tərəflər müqaviləni imzalamaq üçün yanvarın 19-nu gözləyir. Məhz həmin günü futbolçunun 18 yaşı tamam olur. “Real” yeniyetmə futbolçuların transferi məsələsində FİFA-nın problemi ilə üzləşməmək üçün həmin vaxta qədər gözləmək qərarı verib.

Qeyd edək ki, Reynir transfer edildikdən sonra müəyyən müddət “Real”ın ikinci komandası olan, üçüncü liqada çıxış edən “Kastilya”da oynayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru