“Lazım gəlsə, Ardanı milliyə qaytaracağam“ - Şenol Güneş

6-01-2020, 00:25           
“Lazım gəlsə, Ardanı milliyə qaytaracağam“ - Şenol Güneş
Türkiyə millisinin baş məşqçisi Şenol Güneş yığmanın sabiq üzvü Arda Turanı tərifləyib.

Qol.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis hazırda "Başakşəhər"də çıxış edən yarımmüdafiəçini ehtiyac olarsa, yenidən yığmaya çağıra biləcəyini deyib:

"Arda, Caner, Gökan - hamısı millidə oynaya bilər. Amma bir var fikir, bir də var onu tətbiq etmək. Mən həmin qrupdan Emre və Burakı yığmaya gətirdim. Gətirmisənsə, oynatmalısan. Arda düşündüyüm, izlədiyim futbolçudur. Türkiyənin bir nömrəli futbolçusudur. Yaxşı çıxış edərsə, ehtiyacım olarsa, komandaya dəvət edərəm. Amma kimləsə bağlı dəqiq bir qərar yoxdur. Yəni, buna təminat vermirəm".

Qeyd edək ki, A.Turan Türkiyə millisindən 2017-ci ildə Fatih Terimin qərarı ilə göndərilmişdi. Məşqçi bu qərarı 32 yaşlı oyunçunun Dünya çempionatının seçmə mərhələsində Makedoniya səfərindən qayıdarkən təyyarədə jurnalist Bilal Meşeye hücum etdiyi üçün vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru