"Barselona" məğlub olub, "Sevilya" qalib gəlib

26-01-2020, 03:52           
"Barselona" məğlub olub, "Sevilya" qalib gəlib
İspaniya La Liqasında XXI tur davam edir.

Apasport.az saytının məlumatına görə, azarkeşlər bu gün 4 qarşılaşmaya şahidlik ediblər.

Avropa Liqasına vəsiqəni hədəfləyən "Atletik" Barselonada autsayder "Espanyol"la bərabərə qalaraq, 2 xal itirib.

Günün ən maraqlı matçı Valensiyada eyniadlı komanda ilə "Barselona" arasında keçirilib. Yeni baş məşqçi Kike Setyenin rəhbərliyi altında çempionatda ikinci oyununa çıxan "Barselona" ilk məğlubiyyətini alıb. "Valensiya" qalibiyyət sayəsində ilk "dördlük"dəki komandalara yaxınlaşıbsa, "Barselona" liderliyi əldən vermək təhlükəsi ilə üzləşib.

"Vilyarreal" "Alaves" səfərində qələbəni son dəqiqələrdə vurduğu qol sayəsində əldə edib. "Sevilya" isə "Qranada"nı məğlub edərək, "Barselona" ilə aradakı xal fərqini 5-ə endirib.

İspaniya La Liqası
XXI tur
25 yanvar
"Espanyol" - "Atletik" - 1:1
De Tomas, 63 - Villalibre, 12
"Valensiya" - "Barselona" - 2:0
Alba, 48 (avtoqol); Maksi Qomes, 77
"Alaves" - "Vilyarreal" - 1:2
Jozelu, 80 - Bakka, 10; Nino, 89
"Sevilya" - "Qranada" - 2:0
Luk de Yonq, 11; Nolito, 34












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru