ABŞ prezidenti Kobi Brayantın ölüm xəbərini dəhşət adlandırıb

27-01-2020, 08:16           
ABŞ prezidenti Kobi Brayantın ölüm xəbərini dəhşət adlandırıb
ABŞ Prezidenti Donald Tramp beş qat Milli Basketbol Assosiasiyasının (NBA) çempionu və iki qat Olimpiya çempionu Kobi Brayantın təyyarə qəzasında öldüyünə görə təəssüfləndiyini bildirib.

APA TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə "Twitter" səhifəsində yazıb.

“Böyük basketbolçu Kobi Brayant və daha üç nəfərin Kaliforniyada vertolyot qəzasında öldüyü bildirilir. Bu dəhşətli xəbərdir”, - deyə ABŞ prezidenti kədərləndiyini ifadə edib.

Qeyd edək ki, 41 yaşlı veteran basketbolçu helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb. Onunla bərabər helikopterdə olan digər şəxslər - K.Brayantın üç dostu, 13 yaşlı qızı və pilot da qəzanın qurbanı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru