“Sabah” “Qəbələ”ni məğlub etdi, “Keşlə” “Səbail” ilə bacarmadı - Yenilənib

8-02-2020, 00:00           
“Sabah” “Qəbələ”ni məğlub etdi, “Keşlə” “Səbail” ilə bacarmadı - Yenilənib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

“Yeni Sabah” xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. "Sabah" "Qəbələ"ni öz meydanında məğlun edib. “Keşlə” isə “Səbail” ilə matçda minimal hesablı məğlubiyyətə üzülüb.

“Sabah” və “Qəbələ” 13 xalla 6 və 7-ci yerləri bölüşdürür. Bu baxımdan bu matç hər iki komanda üçün prinsipial olub. “Keşlə” isə bu mövsüm iddialı çıxışı ilə seçilir. Bakı təmsilçisi 26 xalla “Neftçi” ilə 2 və 3-cü yerləri bölüşdürür. Maddi baxımdan sıxıntı çəkən “Səbail”in mövcud durumu onun oyununa və turnirdəki yerinə də təsir göstərib. Bakı klubu 12 xalla sonuncudur.

Qeyd edək ki, turun daha iki görüşü sabaha nəzərdə tutulub.

7 fevral (cümə)

19:00.“Sabah” – “Qəbələ” - 3:2

Qollar: Marko Deviç, 19, Mario Marina, 22, Ehtiram Şahverdiyev, 64(avtoqol) - Ülvi İsgəndərov, 5, Nikolas Raysel, 90+1-pen

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli

"Bank Respublika Arena

21:00.“Keşlə” –“ Səbail” - 0:1

Qol: Hendrik Ekşteyn, 51 (pen)

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı

"ASK Arena”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru